Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə tədbir keçiriləcək. Bu haqda 11 noyabr tarixində Bakuplus.az məlumat verir.
12 noyabr saat 16:00-da Azərbaycan Milli Xalça Muzeyində keçirilən tədbirlər çərçivəsində “Kimononun tarixçəsi” adlı mühazirə baş tutacaq. Mühazirə “SOAC Art Consultancy & Curation”in təmsilçisi, sənətşünas Sumiyo Okumura tərəfindən təqdim olunacaq.
İştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır.