20 dekabrda Bakıda Aşıq Ələsgərin 200 ilik yubileyi qeyd olunub. Tədbir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib. Bu haqda Report xəbər verib.
Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Anar Kərimov, aşıqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nazir Aşıq Ələsgərin həyat və yaradıcılığı, həmçinin, Azərbaycan üçün önəmi barədə danışıb.
Tədbirdə Tovuz, Qazax, Kəlbəcər və Laçından olan aşıqların ifasında “Ustadnamə”, “Qəmərcanı“, “İncimərəm”, “Qadan alım”, “Çeşmə sazçı folklor qrupu”nun ifasında “Ceyranım” və digər şeirlər səsləndirilib.