Bakıda ödənişsiz fəlsəfə gecəsi keçiriləcək. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Libraff.az-a istinadən xəbər verir.
Tədbir 17 noyabr saat 19:00-da fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Beynəlxalq Fəlsəfə Araşdırmaları Mərkəzinin rəhbəri Səlahəddin Xəlilov ilə birlikdə baş tutacaq.
Fəlsəfə gecəsi “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında baş tutacaq. Giriş sərbəstdir. Ünvan: Hüseyn Cavid prospekti, 100, metronun “Elmlər Akademiyası” stansiyası ilə üzbəüz.