Bakıda Əfrasiyab Bədəlbəylinin “Nizami” tele-operasının təqdimat mərasimi baş tutub. Bu haqda APA xəbər verib.
Heydər Əliyev Sarayında keçirilən layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov, rəhbəri Xalq artisti Fərhad Bədəlbəylidir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar hazırlanan tele-operada Əməkdar artistlər Ramil Qasımov vəInarə Babayeva, həmçinin Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin İsmayılov yer alıblar.