Bakının “NUR Art House” xalça qalereyasında yanvarın 14-də keçə ustası, modelyer-rəssam Nailə Kərimovanın "Zamanın və məkanın vəhdəti: Keçə sənəti" adlı ilk fərdi sərgisi açılacaq. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az məlumat verir.
Nailə Kərimovanın işləri tamaşaçılara yalnız bir gün təqdim olunacaq.
Sərgi İçərişəhər, Qəsr küçəsi, 27 ünvanında yerləşən “NUR Art House”da saat 17:00-da açılır.