Bakının Heydər Əliyev Sarayında Xalq artisti İlqar Muradovun 65 illiyinə həsr olunmuş konsert keçiriləcək. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az məlumat verir.
Müğənni fevralın 12-də repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.
Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını da izləyə biləcəklər.
Konsert saat 19:00-da başlayacaq. Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür.