Bakının Kamera və Orqan Musiqisi Zalının səhnəsində dekabrın 19-da "Müasir orqan musiqisi" adlı konsert keçiriləcək. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az məlumat verir.
Tədbirdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Konsertdə Azərbaycan Respublikasınınn Əməkdar artistləri Töhfə Babayeva (violin), Fəridə Məmmədova (soprano), beynəlxalq müsabiqə laureatları Şəfəq Abdullayeva (orqan) və Natavan Quliyeva (orqan) çıxış edəcəklər.
Biletləri onlayn əldə etmək olar.