Bakıda Orqan Musiqisi Axşamı keçiriləcək. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az xəbər verir.
Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında baş tutacaq.
Dirijor Üzeyir Məmmədov, solistlər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin üzvləri Natəvan Quliyeva və Şəfəq Abdullayeva olacaqlar. Konsertdə dünya klassik musiqi nümunələri təqdim olunacaq.
Tədbir 27 yanvar saat 19:00-da baş tutacaq. Qiymətlər 3-15 AZN arasında dəyişir. Biletləri iticket.az saytından almaq mümkündür.