Dekabrın 10-11-də Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda Qazaxıstanın Kino Günləri keçiriləcək. Bu barədə bu gün, 6 dekabr tarixində səfirlikdən məlumat verilib.
Tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alğa” bədii filmi nümayiş etdiriləcək.
Filmləri “Kenje Kız” animasiya filminin rejissoru İvan Ardaşov və “Alğa” filminin baş rol ifaçısı Yerbol Semkulov təqdim edəcəklər.
Giriş sərbəstdir.