Bakının Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun üçpərdəli "Sevil" operası dekabrın 7-dən nümayiş olunacaq. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az məlumat verir.
“Sevil” qadının cəmiyyətdəki rolundan, onun çəkdiyi əziyyətlərdən, mübarizəsindən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərində qələbəsindən bəhs edir.
Baş rolları Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva və Səbinə Vahabzadə ifa edəcəklər. Tamaşanın dirijoru - Orxan Həşimov.