Dövlət akademik Filarmoniyasında Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 19 oktyabr tarixində xəbər verir.
7 noyabr tarixində təşkil olunacaq musiqili gecədə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluq edəcəyi Üzeyir Hacıbəyli adına Azərbaycan Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellasının ifasında yerli bəstəkarların əsərləri səslənəcək.
Musiqi axşamı saat 19:00-da başlayacaq.
Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.