Bakının “Elektra Events Hall” məkanında 23 dekabr tarixində "Bir Sabah" adlı rok festivalı keçiriləcək. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az məlumat verir.
Festivalda Mübariz Tağıyev, Sirr, Qara Dərviş, Dədə Baba, AynaBand, Goat Ripper, Gr3y, Midnight, Sadnos, Coda, Evil Decay, Royal Musa kimi ifaçılar və qruplar çıxış edəcəklər.
Konsert saat 19:00-dan 23:30-a kimi davam edəcək. Biletləri onlayn əldə etmək mümkündür.