Martın 4-də Heydər Əliyev Sarayında “Akcent” qrupunun konserti baş tutacaq. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az məlumat verir.
Özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən qrup repertuarındakı mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
“Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Klaudio Sina tərəfindən yaradılıb. Qrupun əvvəlki üzvlərinin ən parlaq mahnı və albomları müxtəlif dövrlərdə hitə çevrilib, bunun sayəsində Adrian Sina böyük populyarlıq qazanıb.
Biletlər şəhərin kassalarında və onlayn satılır.