Bakıda fevralın 28-də və 29-da ilk dəfə Aleksandr Rıbakın konserti baş tutacaq. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
“Fairytale” mahnısı ilə “Eurovision-2009”-da qalib olan Aleksandr Rıbak Heydər Əliyev Sarayının səhnəsinə çıxacaq.
Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür. Qiymətlər 35-200 manat arasında dəyişir.