Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dekabrın 23-ü saat 19:00-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Bakı Kamera Orkestrinin konserti baş tutacaq. Bu haqda bu gün, 20 dekabr tarixində Milli.az məlumat verib.
Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə konsert proqramı təqdim edəcəklər.
Proqrama İ.S.Bax - İki piano və orkestr üçün Konsert C-dur, Y.Haydn - Piano və orkestr üçün Konsert D-dur, op.21 №11, V.Mustafazadə - Piano və orkestr üçün Konsert, S.Raxmaninov - İki piano və orkestr üçün Süita, op.17 №2 (II.Vals, III.Romans, IV.Tarantella) əsərləri daxil olunub.