Bu gün, 19 dekabr saat 19:00-da Heydər Əliyev Sarayında bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş filmin ilk nümayişi baş tutacaq. Bu haqda Bakuplus.az məlumat verir.
“Fikrət Əmirov” adlı bədii-sənədli film dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edir. Filmdə müsahibələrlə yanaşı, bədii səhnələr də yer alıb. Çəkilişlər Bakı, Gəncə və Şuşada aparılıb.
Sözügedən film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Əsərin ssenari müəllifi və rejissoru Vaqif Mustafayevdir.