YARAT Mərkəzində pianoçu Riad Məmmədovla müzakirələr aparılacaq. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Riad Məmmədov Moskva Konservatoriyasını, fortepiano ixtisası üzrə aspiranturanı, eləcə də musiqişünas kimi nəzəri aspiranturanı bitirib. O, dirijor Teodor Kurentzisin "musicAeterna" orkestri ilə solo konsertləri və birgə layihələri, eləcə də öz klassik, caz repertuarları ilə tanınır.
Musiqiçi hazırda “Cənnətdən Şərqə” adlı albomu üzərində çalışır.
Tədbir 23 dekabr saat 19:00-da baş tutacaq. İştirak üçün qeydiyyatdan keçmək vacibdir.