Yanvarın 13-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 2024-cü ilin ilk premyera tamaşasını təqdim edəcək. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az məlumat verir.
Rus ədibi Valentin Krasnoqorovun eyniadlı pyesi əsasında hazırlanan “Üç gözəl” lirik komediyasının quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.
Səhnəyə Xalq artisti Ayan Mirqasımova, Əməkdar artist Mələk Abaszadə və aktrisa Mədinə Mullayeva çıxacaqlar.
Ssenariyə əsasən, bir axşam üç rəfiqə qərara alır ki, həyatlarında dönüş etsinlər – əsl məhəbbətin axtarışına çıxsınlar. Müxtəlif xarakterli fərqli taleli üç rəfiqə, üç gözəl qadın öz həyatını kökündən dəyişməyə qərar verir.