Məşhur Türkiyəli yazıçı Bakıda imza günü keçirəcək. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az “Libraff”a istinadən xəbər verir.
Sevilən yazıçı Miraç Çağrı Aktaş “Libraff” kitab mağazasının qonağı olacaq.
İmza günü 8 yanvar 2023-cü il saat 14:00-da “Libraff”ın “Park Akademiya” filialında baş tutacaq. Oxucu sayının çox olacağını nəzərə alaraq hər kəs yalnız 2 kitab (istədiyi) imzalatdıra biləcək. Pirat kitablar imzalanmayacaq. Ünvan: Hüseyn Cavid prospekti, 100, ˝Elmlər Akademiyası˝ m/s-nin əsas girişi ilə üzbəüz.