XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Little YARAT" ustad dərslərinin fevral ayı üçün proqramı məlum olub. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az məlumat verir.
4 və 18 fevral - Alina Yusupova-Sabbagh “Həndəsə ritmi” adlı ustad dərsləri keçirəcək.
Ustad dərsinin iştirakçıları karton üzərində rəngli keçə parçalar və yun saplardan istifadə edərək fərqli həndəsi formalardan kompozisiya yaradacaqlar və həndəsi fiqurların ideya ötürmək qabiliyyətinin şahidi olacaqlar.
11 və 25 fevral - Erkin Ələkbərli “Fraqmentlər” master-klası təşkil edəcək.
Ustad dərsində iştirakçılar akril boyalarla abstrakt fon çəkəcəklər, daha sonra isə üzərində rəngli kartonlardan kollaj hazırlayacaqlar. Beləliklə, onlar polixrom kollaj texnikası ilə tanış olacaqlar.
Ustad dərsləri 8-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub və saat 12:00-da başlayır.
Qeydiyyat üçün: 050 251 41 15 (çərşənbə axşamı-cümə, 11:00 - 18:00).