Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında iyunun 3-4-də “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
Yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Bu dəfə ziyarətçilər alış-verişi nağd və nağdsız həyata keçirilə bilərlər. Nağdsız əməliyyatlar üçün elektron pulqabısı “m10” ilə yarmarkada nağdsız ödənişlər etmək mümkün olacaq.
Məhsulların keyfiyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzərət olunur.
Yarmarka fermerlər üçün təmənnasız təşkil olunur. Satıcılar bütün lazimi avadanlıqlar və ləvazimatla təmin olunurlar.