Paytaxtın Nərimanov rayonunda küçələrdən birində hərəkət məhdudlaşdırılıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Report məlumat yayıb.
H.Əliyev prospektinin A.Nemətulla küçəsi ilə kəsişmə hissəsindən metronun Nəriman Nərimanov istiqamətinə olan yolun, yəni A.Nemətulla küçəsi 32 ünvanında yerləşən bina uçma təhlükəsi ilə üzləşib.
Bununla bağlı 26 oktyabr saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətinə əlavə yollarda nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılacaq.
Həmçinin, müntəzəm marşrut xətlərin hərəkət sxemi də dəyişdiriləcək.
[caption id="attachment_11668" align="alignnone" width="896"]
Foto açıq mənbədən[/caption]