Paytaxtın Səbail rayonunda avtomobil qaçıran şəxs tutulub. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabirabad rayon sakini Kamran Nərimanlı adıçəkilən rayon ərazisində “Jeep” markalı avtomobili oğurlayıb. Daha sonra o, həmin avtomobillə Nəsimi rayonu ərazisində qəza törədib, nəqliyyat vasitəsini orada qoyaraq hadisə yerindən qaçıb.
Şübhəli şəxs saxlanılaraq barəsində araşdırmaya başlanılıb.