Paytaxtın Xətai və Nəsimi rayonlarında narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonunda 4 nəfər, Xətai rayonunda isə 1 nəfər saxlanılıb. Ümumilikdə 13 kiloqrama yaxın narkotik və 130 ədəd psixotrop tərkibli həb dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.