Paytaxtın Nəsimi rayonunda yağışlı havalara hazırlıq işləri aparılır. Bu haqda bu gün, 29 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən təmizlik-abadlıq işləri çərçivəsində prospekt və küçələrdə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan quyular təmizlənib, eləcə də məişət tullantılarının atıldığı konteyner meydançalarında abadlıq işləri görülüb.
Hazırda rayonun müxtəlif ərazilərində təmizlik işləri davam edir.
[caption id="attachment_76967" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]