Bakı şəhərində 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in qaynar telefon xəttinə daxil olan 2 müraciətə əsasən, Nəsimi və Səbail rayonlarında vətəndaşlar liftdə qalıblar. Çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.