Bakının Nizami rayonunda 25 yaşlı qız həyatına son qoyub. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
25 yaşlı A. Mirağayeva çoxlu sayda yuxu dərmanı içib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Fakt araşdırılır.