Paytaxtın Nizami rayonunda keçiriləcək növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Layihədə iştirak etmək istəyən vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə bilərlər.
Tədbir 26 avqust saat 14:00-da Nizami rayonu, Q.Qarayev küçəsi, 57, “Neftçilər” metrosunun çıxışı, "Kontakt home" mağazasının arxasında keçiriləcək.