Bakının Nizami rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, fevralın 15-nə keçən gecə rayon ərazisində “Oka” markalı avtomobil qaçırılıb.
Keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Hüseyncan Məlikli və Fərid Qədirov rayon ərazisində avtomobillə saxlanılıblar.