Bakının Qaradağ rayonunda yolsuzluq vətəndaşların həyatını təhlükəyə atıb. Bu haqda bu gün, 17 noyabr tarixində Baku.ws məlumat verib.
Belə ki, Ələt qəsəbəsi, Füzuli küçəsinin sakinləri təcili yardım çağıranda çətinlik çəkirlər Yayılan görüntülərdə çağırışa gələn təcili tibbi yardım maşınının palçıqda necə ilişib qaldığı görünür. Avtomobil yalnız traktorun köməyi ilə palçıqdan çıxarılıb.
Mənzildə təcili yardım gözləyən vətəndaş isə öz ixtiyarına buraxılıb.