Paytaxtın Sabunçu rayonunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi olub.
Bakuplus.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Hadisə "Komsomol" dairəsi adlanan ərazidə, piyada keçidinin altında baş verib.
Məlumata görə, piyada yolun hərəkət hissəsindən keçərkən avtomobil tərəfindən vurulub. Nəticədə 39 yaşlı şəxs hadisə yerində ölüb.