Bu gün, iyunun 1-də Balaxanı qəsəbəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçiriləcək. Bu haqda Bakuplus.az məlumat verir.
Festival Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti MMC-nin təşkilatçılığı, Balaxanı qəsəbə bələdiyyəsinin dəstəyi və Sabunçu rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin iştirakı ilə baş tutacaq.
Tədbir saat 16:00-da başlayacaq. Festivalda hamı iştirak etməyə dəvətlidir.