Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Əməliyyat zamanı Rəşad Rəşidov saxlanılıb və onun idarə etdiyi “VAZ-21014” markalı avtomobilə baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerində həmin şəxsə məxsus “Kalaşnikov” markalı avtomat, sandıqça və 3 ədəd patron aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.