Ramana qəsəbəsi, Yeni Yaşayış Massivində yaşayanlar 2003-cü ildə buraya köçəndən bəri asfalt üzünə həsrətdirlər. Bu haqda bu gün, 25 noyabr tarixində ATV-yə istinadən Bakuplus.az məlumat verir.
Buraya köçən sakinlər qeyd edirlər ki, asfaltla yanaşı, ərazidə kanalizasiya xətti də yoxdur. Məktbədə gedən şagirdlər çantalarla yanaşı, əlavə ayaqqabı aparmalı olurlar.
Problemin həllinə gəlincə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirildi ki, qurum qəsəbədaxili yollara xidmət etmir. Yalnız Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən təqdim edilən siyahı əsasında bu cür yolların təmiri həyata keçirilir.
Ramana qəsəbə nümayəndəliyindən isə bildirildi ki, qəsəbədə ümumilikdə təmirə ehtiyacı olan 259 küçənin siyahısı tərtib olunaraq aidiyyəti üzrə təqdim edilib. Bu vaxta qədər əksər küçələrdə asfaltlanma işləri aparılıb. Digər küçələrin təmiri isə mərhələli şəkildə həyata keçiriləcək.