Paytaxtın Sabunçu rayonunda 2 qadını avtomobil vurub. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
28 yaşlı Kənan Allahverdili “Kia Rio” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən 24 yaşlı Afət Dadaşovanı və 53 yaşlı Zemfira Hacıyevanı vurub. Sonuncu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.