Sabunçu rayonunda zavoddan havaya normadan artıq tüstü yayılıb. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı "17 nömrəli Yol İstismarı" MMC-yə məxsus asfalt zavodunda təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya tüstünün yayıldığı məlum olub.
Faktla bağlı MMC-yə məsul şəxs Elşad Həsənov cərimələnib, və filtrlərin dəyişdirilməsi üçün ona göstəriş verilib.