Bakıda 2 nəfər bıçaqlanıb. Bu haqda 22 fevral tarixində APA məlumat verib.
Xətai rayonu, Məzahir Rüstəmov küçəsində 23 yaşlı Emil Teymurov dava zamanı bıçaqlanıb. Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Sabunçu rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib. Ramana qəsəbəsində 48 yaşlı Gəncalı Babaşov tanıdığı şəxslə əlbəyaxa dava edən zaman bıçaqlanıb. Yaralı ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma davam edir.