Xəzər və Sabunçu rayonlarında qaz olmayacaq. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Sabunçu rayonunda qaz kəmərlərinin sınaqdan keçirilməsi səbəbindən Ramana qəsəbəsi, Ramana kəndi ərazisində 7200 abonentə qazın verilişi dayandırılacaq.
Xəzər rayonunda da eyni səbəbdən Mərdəkan qəsəbəsinin Z.Tağıyev, R.Cəfərov, R.Qasımov, Zulqaldayev və Şərq küçələrində 2000 istehlakçının qazı olmayacaq.
Məhudiyyətlər bu gün gün ərzində davam edəcək.