Bakı Dairəvi Yoluna qaya parçaları tökülüb. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Səbail rayonunda, Bakı-Qazax yolunun 7-ci km-də baş verib. Magistral yolun yanında olan qayalıqlardan parçalar qoparaq şoseyə tökülüb. Nəticədə “Kia” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobusa ziyan dəyib, 1 nəfər xəsarət alıb.
Şosenin hər 2 istiqamətində hərəkət qismən məhdudlaşdırılaraq parçalar yoldan uzaqlaşdırılıb.
Hazırda şosedə hərəkət tam bərpa olunub.