İçərişəhərdə ilk Avropa Kulinariya Festivalı keçiriləcək. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir.
“Avropa təamları” adlı festivalda Fransa, Macarıstan, Çex Respublikası, İtaliya, Polşa, Bolqarıstan, Xorvatiya və Rumıniya səfirlikləri öz ölkələrinin mətbəxlərini təqdim edəcəklər. Burada, həmçinin kulinariya ustad dərsləri və müsabiqələr təşkil olunacaq.
Tədbir 24 iyun saat 17:00-21:00 arası İçərişəhər, Qoşa Qala Qapısının qarşısında baş tutacaq. Giriş sərbəstdir.