Bakı şəhərində yaşayış evi yanıb. Bu haqda 3 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Səbail rayonunda ümumi sahəsi 100 kv.m olan bir dam altında tikilən 2 ailənin yaşadığı birmərtəbəli evdə yanğın baş verib. Evin 50 kv.m sahədə yanar konstruksiyaları və 20 kv.m sahədə dam örtüyü yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.