Bakıda evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az xəbər verir.
Bakının Suraxanı rayonunda müxtəlif evlərdən 1500 manat pul, 4000 manat dəyərində qızıl-zinət əşyaları, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyaları oğurlanıb.
Şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov saxlanılıblar.
Araşdırma aparılır.