Suraxanı rayon İcra Hakimiyyətində dəyişiklik olub. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az xəbər verir.
Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Onun əvəzinə Adil Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. A.Əliyev VI çağırış Milli Məclisin vitse-spikeri olub.