Aşıq Ələsgərin tunc heykəlilinin hazırlanması yekunlaşıb. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Azərbaycan Rəssamlar İttifaqı nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynovun verdiyi məlumata görə, növbəti mərhələ abidənin ucaldılmasıdır. Bununla bağlı Mədəniyyət Nazirliyinə məlumat verilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi Aşıq Ələsgərin abidəsinin yaradılması ilə bağlı müsabiqə təşkil edib. Heykəltaraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub. Abidənin memarı Malik Babayevdir.