Akademik Milli Dram Teatrına yeni rəhbər təyin olunub. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
47 yaşlı İlham Əsgərov teatrın direktor əvəzi vəzifəsinə təyin olunub. O, həmçinin hazırda mədəniyyət ocağının yaradıcı işlər üzrə direktor müavinidir.
İ.Əsgərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser fakültəsinin bakalavr, teatr rejissoru üzrə isə magistratura pilləsini bitirib. Daha öncə o, bədii quruluş hissə müdiri vəzifəsində çalışıb.