top
“Alov qüllələrinin sayı 4 idi, Trump Tower isə bağlı qaldı” – Məşhur memarla MÜSAHİBƏ
06 noyabr 2024, 07:30
- ↺ +

“Alov qüllələri"nin sayı 4 idi, "Trump Tower" isə bağlı qaldı” – Məşhur memarla MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pierre Baillargeon dizayn və təqdimat sahəsində 25 illik təcrübəyə malikdir.  2006-cı ildə  Londonda “Mixity”  adlı dizayn şirkətini təsis edib. Hazırda məşhur “Mixity” memarlıq və dizayn şirkətinin icraçı direktorudur.

Kanadanın Monreal şəhərində dünyaya göz açan Pierre Baillargeon, Kornell Universitetinin Memarlıq Sənayesi və Planlaşdırma Kollecində təhsil alıb. Texas ştatının Dallas şəhərində WZMH-da işləməyə başlayıb. ABŞ-da HOK şirkətinin memarları ilə beş il birlikdə çalışdıqdan sonra Böyük Britaniyaya gedib. Londonda HOK şirkətinin Avropa-Yaxın Şərq bölməsini təsis edib. Bir müddət sonra həmin bölmə HOK şirkətinin ən böyük və nüfuzlu ofisinə çevrilib. Londondakı HOK ofisində dizayn sahəsində lider və vitse-prezident olan Pierre Baillargeon otellər,  AVM-lər, şəhərsalma, ofis və bir çox HOK kommersiya əsaslı nəhəng layihələrin  hazırlanmasına rəhbərlik edib. Pierre Baillargeon dünyada ən böyük Amerika memarlıq şirkəti olan HOK-un beynəlxalq nüfuzunu yüksəltmək üçün ömrünün 20 ilini həsr edib.

Uzun müddət davam edən axtarışımızdan sonra nəhayət məşhur memar, dizayner  Pierre Baillargeonun Bakıda inşa etdiyi möhtəşəm binaları da müəyyən etdik. P.Baillargeon Bakı şəhərində nəhəng “Flame Towers” ("Alov Qüllələri"), “Trump Tower” və “Baku Fountain City” (Bakı Fəvvarələr şəhəri) layihələrinin müəllifi, baş memarıdır.

Pierre Baillargeon HafizTimes.com-a eksklüziv müsahibə verib. İlk dəfə Bakıda “Alov Qüllələri” layihəsinin hazırlanması ilə bağlı mühüm məqamları açıqlayıb. O həmçinin Bakıda inşa etdiyi “Trump Tower” layihəsi ilə bağlı bir çox gizli qalmış məqamlardan da söhbət açıb. Müsahibə zamanı məşhur memar P.Baillargeon Azərbaycan, Bakı ilə bağlı fikir və arzularını da ifadə edib:

– Bakı gözəl bir şəhərdir. İlk dəfə oranı ziyarət edən zaman çox təsirləndim. Bakı üçün əhəmiyyətli bir bina inşa etməklə bağlı təklif aldım. Bu zaman tarixi qaynaqlarınızdan ilhamlandım.

“Baku Flame Towers” – Azərbaycanın gələcək güc potensialının və keçmiş tarixinin simvoludur. Bakının əsas təpələrindən birinin üzərindən göyə ucalan alov dilimləri kimi dizayn edilib. Orijinal dizaynda dörd qüllə əks olunub. Layihəyə əsasən, qüllələrin sayı azaldılıb.

– “Flame Towers” layihəsi  necə yarandı? Həmin günləri necə xatırlayırsınız?  Niyə məhz əsas element kimi alovu seçdiniz?

 – Mən “Flame Towers”in dizaynında atəşin qədim ənənələrini, əhəmiyyətini və alovun gələcəkdə Azərbaycana enerji və tərəqqi  bəxş edəcəyini əks etdirdim. Həmçinin "Alov Qüllələri"ni Azərbaycanın neft və təbii qaz resurslarını əks etdirən bir formada dizayn  etdim.

“Flame Towers”la bağlı ideya və dizaynımı Prezident İlham Əliyevə təqdim etməkdən böyük zövq aldım”

– Prezident İlham Əliyev mənə dedi ki, binanın tikintisi ilə bağlı dərhal işlərə başlaya bilərəm. Sizin vasitənizlə bir daha Prezident İlham Əliyevə öz minnətdarlığımı göndərirəm. "Alov qüllələri" Azərbaycanı dünyada tanıdan, təmsil edən bir simvola çevrildi. Gözəl ölkəniz və insanlarınız üçün Alov Qüllələrini yaratmaq imkanına sahib olduğum üçün qürur duyuram.

“Cənab Tramp Ağ Evdə yeni işinə başladığı andan etibarən hələ də Bakıdakı “Trump Tower” adlı layihəmə yeni ad axtarılır”

– Məndən xahiş etdilər ki, “Trump Tower” adlı bir layihəni yaradım. Bu layihəm də çox əhəmiyyətli bir simvoldur. Həmin otelin sahibləri qapıları açan zaman Azərbaycanda hər kəs yeni və gözəl formada dizayn edilmiş otel və konfrans salonundan zövq alacaq.

“Qapılarını dünyaya açmağa hazır olan böyük və həyəcanlandıran bir şəhər layihəsinin hələ də bağlı qalması çox kədərlidir”

– Ümid edirəm ki, tezliklə Bakıya səfər edəcəyəm və otelin qapılarının təntənəli şəkildə açıldığını görəcəyəm. Bu bina da Bakının beynəlxalq nüfuzuna və cəzbediciliyinə daha da böyük töhfələr verəcək.

“Azərbaycandakı layihələrimlə qürur duyuram”

– “Mixity”dəki memarlar və daxili dizaynerlərdən ibarət qrupumuz Azərbaycandakı fəaliyyətimizlə qürur duyur. Biz ümid edirik ki, gələcəkdə də Bakıya qayıdıb yeni layihələr üzərində çalışacağıq! Azərbaycanı sevirik. Hər zaman bütün dostlarımıza da tövsiyə edirik ki, Azərbaycana səfər etsinlər! Ümid edirəm ki, tezliklə Bakıya səfər edəcəyəm və sizə orada daha geniş müsahibə verəcəyəm.

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər