Bakının Xətai rayonunda Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar hazırlıq işləri aparılır. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Xətai Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat verir.
“Ana harayı” abidə kompleksinin yaxınlığında yaşıl örtük yenilənir, parkda abadlıq, təmizlik işləri görülür, yeni güllər əkilir. Ərazidə yararsız hala düşmüş üzlənmənin yenilənməsi, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılır.
Xocalı prospekti boyunca yerləşən binaların fasadları təmizlənir, səkilər yuyulur. Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilir.
Həmçinin tədbirlərlə əlaqədar bannerlər vurulacaq.
[URIS id=91553]