Arvadını öldürməkdə ittiham olunan İlham Həşimova hökm oxunub. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Qafqazinfo.az-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hakim qənaətə gəlib ki, o,əməli törədən zaman anlaqsız vəziyyətdə olub.
Hökmə əsasən, İlham Həşimova psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Cari ilin 6 yanvar tarixində paytaxtın Xətai rayonunda 57 yaşlı Rəhimə Həşimova öz həyat yoldaşı tərəfindən öldürülüb.
Həşimova qarşı Cinayət Məcəlləsinin “Xüsusi amansızlıqla adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb.