Bir müddət əvvəl paytaxtın Atatürk prospektində səkidə meyvə-tərəvəz piştaxtaları barədə məlumat yayılmışdır. DİN məsələyə münasibət bildirərək ərazidə təmizləmə işləri aparmışdı.
Avtosfer.az-a təqdim olunan fotolarda həmin "bazar"ın yenidən fəaliyyətə başladığı görünür.
Vətəndaşlar bundan narahat olduqlarını, səkinin daraldığını və ətrafda antisanitariya olduğunu qeyd edirlər.
