Bakının Yasamal rayonunda “Azad qadın” abidəsinin ətrafında yenidənqurma işlərinə başlanılıb. Bu haqda bu gün, 9 iyun tarixində APA məlumat verib.
Verilən məlumata görə, abidənin ətrafındakı mərmər plitələrin bərpası və pandus tikintisi planlaşdırılır.
Həmçinin abidənin ətrafındakı qırılmış və zədələnmiş qranit plitələrin təmiri, ümumi ərazinin abadlaşdırılması işlərinin aparılması da nəzərdə tutulub.